konkadan çıxmış

a seedy woman истасканная / потрёпанная (о женщине лёгкого поведения)
kondisiyaya çatdırmaq
konsert royalı
OBASTAN VİKİ
Xarabalıqdan çıxmış milyonçu
Xarabalıqdan çıxmış milyonçu (ing. Slumdog Millionaire) — hindistanlı yazıçı Vikas Svarupun "Q & A" romanı əsasında 2008-ci ildə çəkilmiş Böyük Britaniya filmi. Bu filmdə Mumbayın yoxsul məhəlləsindən olan Camal Malik adlı gənc oğlan “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 2 milyon rupi qazanaraq insanları heyrətə gətirir. Dələduzluq ittihamları ilə üzləşən Camal, polisə keşməkeşli acı həyat hekayəsini bölüşür. Denni Boylun rejissorluq etdiyi bu filmin baş rolunda İngiltərə aktyoru Dev Patel çəkilmişdir. Film Hindistanda lentə alınıb. Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Yoxa çıxmış təyyarələrin siyahısı
1959-cu il dekabr ayının 13-də Aeroflota məxsus “İl-14P” sərnişin təyyarəsi Kabuldan havaya qalxaraq Daşkəndə doğru istiqamət götürdü. Onun göyərtəsində 25 sərnişin və 5 nəfər də gəmi heyəti vardı. Təyyarə Özbəkistanın Termez şəhərindəki hava limanına qısa eniş etdi və sonra yenidən havaya qalxdı. Amma Hissar dağ silsiləsi üzərindən uçarkən “İl-14P” ilə əlaqə kəsildi. Dərhal təyyarənin yoxa çıxması ilə bağlı axtarışlara başlanıldı. “İl-14P” -nin qəzaya uğraması ehtimal edilən bütün ərazilər qarış-qarış axtarıldı. Lakin təyyarənin izinə rast gəlmək mümkün olmadı. Üstündən 5,5 ay ötəndən sonra, 1960-cı il iyun ayının 2-də “İl-14P”-nin qalıqları təsadüfən hadisə yerinin yaxınlığından uçan vertolyot tərəfindən aşkar edildi. Dərhal bu barədə müvafiq qurumlara məlumat verdilər. Hadisə yerinə gələn axtarış qrupu tərəfindən müəyyən edildi ki, “İl-14P” məlum olmayan səbəblərdən dağa çırpılıb.
Dağ qara (meşə altından çıxmış) torpaqlar
Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir. == İqlimi == Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir. == Morfoloji əlaməti == Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir.